...

Maliyyə Nazirliyi regional təlimlərə start verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2013 11:47 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Tədbirlər planı”na uyğun olaraq beynəlxalq mühasibat uçotunun əsasları mövzusunda regional təlimlərə start verilib.
Maliyyə Nazirliyi regional təlimlərə start verib

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Azərbaycan Maliyyə Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Tədbirlər planı"na uyğun olaraq beynəlxalq mühasibat uçotunun əsasları mövzusunda regional təlimlərə start verilib. İlk regional təlimin 01 aprel 2013-cü il tarixindən Maliyyə Nazirliyinin Saatlı Rayonu üzrə Maliyyə İdarəsində, həmin rayonun büdcə təşkilatlarının baş mühasibləri üçün keçirilməsinə başlanılıb.

İl ərzində respublikanın bütün bölgələrini əhatə edəcək təlimlər Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti