...

"Əmrah Sığorta" səhmlərinin yerləşdirilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2013 14:03 (UTC +04:00)
Aprelin 15-dən Bakı Fond Birjasında (BFB) "Əmrah Sığorta" ASC-nin ümumi dəyəri 262 min manat olan adı, sənədli, adlı səhmlərinin yerləşdirilməsinə başlanır.
"Əmrah Sığorta" səhmlərinin yerləşdirilməsinə başlayır

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir A.Axundov/

Aprelin 15-dən Bakı Fond Birjasında (BFB) "Əmrah Sığorta" ASC-nin ümumi dəyəri 262 min manat olan adı, sənədli, adlı səhmlərinin yerləşdirilməsinə başlanır. Bu barədə şənbə günü Trend-ə BFB-dən bildiriblər.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 20 manat olan 1310 səhm buraxılıb.

"Sığorta şirkəti səhmlərinin BFB-nin qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı fond birjasına müraciət edib", - məlumatda deyilir.

Yerləşdirmənin anderrayteri qismində "Unicapital" MMC çıxış edir.

Bununla da "Əmrah Sığorta" kapitalını indiki 4,378 milyon manatdan Maliyyə Nazirliyinin 5 milyon manat həcmində minimum tələbinədək artırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti