...

Lavrov: Gömrük İttifaqı ilə Ermənistan arasında əməkdaşlıq imkanlarına baxılması prosesində tərəqqi var

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2013 16:17 (UTC +04:00)
Ermənistan ilə Gömrük İttifaqı (Gİ) və Vahid İqtisadi Məkan (VİM) arasında əməkdaşlığının imkanlarına baxılması prosesində irəliləyiş var.
Lavrov: Gömrük İttifaqı ilə Ermənistan arasında əməkdaşlıq imkanlarına baxılması prosesində tərəqqi var

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Ermənistan ilə Gömrük İttifaqı (Gİ) və Vahid İqtisadi Məkan (VİM) arasında əməkdaşlığının imkanlarına baxılması prosesində irəliləyiş var. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanla görüşündən sonra deyib.

"Biz Rusiya və Ermənistan prezidentlərinin rəsmi Yerevan ilə Gİ və VİM arasında əməkdaşlıq imkanlarına baxılmasına dair razılaşmalarının həyata keçirilməsi üzrə tərəqqini qeyd etdik. Biz bu məqsədlə yaradılmış birgə Rusiya-Ermənistan komissiyasının işini müsbət qiymətləndiririk. Komissiya müvafiq məsələlərə baxılması üçün formalaşdırılıb", - Lavrov qeyd edib.

O, həmçinin ümid etdiyini bildirib ki, aprelin 10-da Avrasiya İqtisadi Komissiyası və Ermənistan hökuməti arasında imzalanmış qarşılıqlı fəaliyyət haqqında memorandum Ermənistan və Gİ-nin yaxınlaşması prosesinə təkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti