...

Nəqliyyat Nazirliyi: Bu il ictimai nəqliyyatda gediş haqqının artırılması gözlənilmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2013 14:17 (UTC +04:00)
Azərbaycanda bu ilin sonuna kimi ictimai nəqliyyatda gediş haqqının artırılması gözlənilmir.
Nəqliyyat Nazirliyi: Bu il ictimai nəqliyyatda gediş haqqının artırılması gözlənilmir

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda bu ilin sonuna kimi ictimai nəqliyyatda gediş haqqının artırılması gözlənilmir.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında Nəqiliyyat Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, ictimai nəqliyyatda gediş haqqının artırılması məsələsi ilə bağlı Tarif Şurasına olan son müraciətə müsbət cavab verilmədi. Hələlik nazirliyin Tarif Şurasına müraciət etmək niyyəti yoxdur. Lakin bununla yanaşı nazirliyə sərnişin daşıyıcılarından gediş haqqının artırılması barədə müraciətlər daxil olur: "Mənə elə gəlir ki, bu ilin sonuna kimi gediş haqqının artırılması ilə bağlı məsələ qaldırılmayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti