...

“British Airways” avialaynerlər parkının sayını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2013 12:40 (UTC +04:00)
“British Airways” şirkəti öz təyyarə parkına “Airbus” A380 və “Boeing” 787 modellərini daxil edən ilk Avropa aviaşirkəti olacaq.
“British Airways” avialaynerlər parkının sayını artırır

Azərbaycan, Bakı, 19 iyun /Trend/

"British Airways" şirkəti öz təyyarə parkına "Airbus" A380 və "Boeing" 787 modellərini daxil edən ilk Avropa aviaşirkəti olacaq. 26 və 27 iyun tarixlərində aviaşirkət Böyük Britaniyaya ilk iki 787, iyulun 4-də isə A380 modellərini gətirəcək. Bu barədə şirkətdən Trend-ə daxil olan məlumatda bildirilir.

"Möhtəşəm təyyarələrin çatdırılması "British Airways" tarixində yeni bir səhifə açacaq. Bu iki model təyyarəni istifadə edərək Avropada aparıcı olmaq fəxredicidir", - deyən icraci direktor Keyt Uilyamsın sözlərinə görə, növbəti on iki ay ərzində şirkət uzun məsafələrə uçan yeni təyyarələri təqdim edəcək. Bu proses orta hesabla iki həftədə bir dəfə baş tutacaq.

Yeni təyyarələr "British Airways"in yeni hava gəmilərinin, "ağıllı" kabinələrin, möhtəşəm salonların və yeni texnologiyaların yaradılmasına yatırılan 5 milyard dollarlıq sərmayə üzrə ümumi proqramın bir hissəsidir. Bu da səyahəti istər havada, istərsə də yerdə daha rahat etmək üçün gözəl fürsətdir.

Hər iki təyyarə ekologiya sahəsində nailiyyətlərimizə uyğundur, səs-küyün və karbohidrat tullantılarının azaldılmasına dair iddia etdiyimiz planları reallaşdırmaqda kömək edəcək. Təyyarələr gətirildikdən dərhal sonra "İstismara verilmə" kompleks proqramı işə salınacaq. Proqram çərçivəsində pilot və ekipaj üzvləri Kentdə yerləşən "Menston" hava limanında, müştəri xidməti təlim nümayəndələri isə "Heathrow" hava limanında treninqlər keçəcək. Bundan əlavə, Böyük Britaniyanın ərazisi də daxil olmaqla hər iki təyyarə qısa müddətli uçuşlar həyata keçirəcək.

A380 təyyarəsinin Los Anceles marşrutu üzrə biletləri 15 oktyabr, Hong Kong marşrutu üzrə isə 15 noyabr tarixlərindən satışa buraxılacaq. Lakin, uçuş tarixi hələ məlum omadığından, şirkət ilk uzun məsafəli uçuşa bilet almaq arzulayanlara gözləməyi xahiş edir.

"Boeing 787"-in ilkin istiqaməti və bilet satışının vaxtı hələ məlum deyil.

Əlavə məlumatı, eləcə də yeni A380 videosunu şirkətin http://www.britishairways.com/en-gb/information/flight-information/airbus-a380 saytında əldə etmək olar.

• Ümumiyyətlə British Airways aviaşirkəti növbəti 4 il ərzində gətirilməsi planlaşdırılan 12 A380, 24 Boeing 787, 6 Boeing 777-300ER modellərini sifariş edib Ümumi sifarişin iyirmi ikisinin çatdırması 2014-cü ilin yayının sonuna planlaşdırılır.

• A380 ikinci göyərtəsi 2013-ci ilin sentyabr ayında gətiriləcək.

• IAG Şirkəti (British Airwaysin "ana" strukturu) mövcud 18 Boeing 787 təyyarələrini təyinatı üzrə istifadə və əlavə 18 Airbus A350 sifariş etmək planını açıqladı. Bu modellər 2017-2023 illər arasında Boeing 747-400 təyyarəsinin bəzi brendlərində istifadə olunacaq.

• Əlavə məlumatı və yeni A380 təyyarəsinin videosunu http://www.britishairways.com/en-gb/information/flight-information/airbus-a380 saytinda əldə etmək olar. 787 Modeli haqda bənzər məlumatı üçüş biletlərinin satışı başlayan andan ba.com saytında əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti