...

Ötən ay Azərbaycan brokerlərinin renkinqinə "Paşa Kapital" MMC başçılıq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2013 18:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir E.Əliyev/

2013-cü ilin avqust ayında dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə "Paşa Kapital" MMC başçılıq edib. Şirkət ümumi dəyəri 107,62 milyon manat olan broker xidmətləri göstərib. Bu barədə cümə axşamı Trend-ə Bakı Fond Birjasından (BFB) məlumat verilib.

İkinci yeri ümumi həcmi 103,76 milyon manat olan broker xidmətləri göstərmiş "Çelsi Kapital" MMC tutub.

Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 31,56 milyon manatla "Brokdil-Az" MMC qərarlaşıb.

2013-cü il avqust ayında qiymətli kağızlar bazarında göstərilmiş xidmətlərin həcmi üzrə brokerlərin renkinqi:

Xidmətlərin həcminə görə cari yeri

Brokerlər

Broker xidmətlərinin məbləği (AZN)

1

"Paşa Kapital" MMC

107 621 449,71

2

"Çelsi Kapital" MMC

103 761 904,02

3

"Brokdil-Az" MMC

31 555 242,93

4

"Standard kapital" MMC

14 003 565,98

5

"Unicapital" MMC

12 987 947,92

6

"Texnika Kapital Menecment" MMC

8 731 064,98

7

"BoB Broker" MMC

4 684 359,76

8

"ADB-Broker" MMC

1 006 481,00

Məqalədə:
Xəbər lenti

Xəbər lenti