...

"ALBALI" kart artıq bölgələrdə

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2013 12:23 (UTC +04:00)
"Unibank"ın çox-çox sərfəli "ALBALI" kartı bölgələrdə fəaliyyət coğrafiyasını genişləndirir.
"ALBALI" kart artıq bölgələrdə

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

"Unibank"ın çox-çox sərfəli "Albalı" kartı bölgələrdə fəaliyyət coğrafiyasını genişləndirir. Artıq Sumqayıt, Gəncə, Şəmkir, Mingəçevir, Şəki, Xaçmaz, Quba, İsmayıllı, Qəbələ və Lənkəranda yerləşən 100-dən artıq ticarət və xidmət mərkəzində "Albalı" ilə alış-veriş etmək mümkündür. Müştərilər alınan məhsul və xidmətin dəyərini bərabər hissələrlə, 12 ayadək müddətə ödəyə bilərlər.

Hər gün minlərlə vətəndaş, ölkənin 850-dən artıq mağaza, supermarket və ticarət mərkəzlərində "Albalı" kartla alış-veriş edərək, məhsul və xidmətlərin qiymətini aylar üzrə, hissə-hissə ödəmək imkanı qazanır. "Albalı" kartını bankın istənilən filialından pulsuz almaq mümkündür. 2 il müddətli kartın maksimal limiti 3000 manatdır. Kartdan müəyyən limit çərçivəsində nağdlaşdırma da mümkündür.

"Albalı" kart sahiblərinin artıq öz virtual şəxsi kabinetləri də var. (https://onlineservices.unibank.az/AlbaliInfo/index.jsp)

"Unibank" "Albalı" istifadəçiləri üçün Facebook üzərindən unikal və ekskluziv platforma yaradıb. Hər gün yüzlərlə ALBALI istifadəçisi Qoşul! Fərqlən! Faydalan! eksklüziv platformasına qoşularaq, yığdıqları balları möhtəşəm hədiyyələrə çevirə bilirlər. http://goo.gl/tYSd87
"Albalı" kartı ilə baglı bütün məlumatları www.albali.az internet saytından,
Unibankın facebook səhifəsindən https://www.facebook.com/albalikart və ya 117 nömrəsindən
öyrənmək mümkündür.

Bəs sizin çox-çox sərfəli ALBALI kartınız varmı?
ALBALI - çox-çox sərfəli kart.
Unibank - hər kəsin bankı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti