...

Azərbaycan sığortaçıları Almaniyanın Baden-Baden şəhərində ənənəvi beynəlxalq forumda iştirak edirlər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2013 14:31 (UTC +04:00)
Azərbaycan sığortaçıları Almaniyanın Baden-Baden şəhərində ənənəvi beynəlxalq forumda iştirak edirlər.
Azərbaycan sığortaçıları Almaniyanın Baden-Baden şəhərində ənənəvi beynəlxalq forumda iştirak edirlər (FOTO)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Azərbaycan sığortaçıları Almaniyanın Baden-Baden şəhərində sığortaçıların ənənəvi beynəlxalq forumunda iştirak edirlər. Fins.az-ın məlumatına görə, hər il oktyabrın sonuncu həftəsi keçirilən sığorta forumuna Avropanın ən böyük sığorta və təkrar sığorta şirkətləri, eləcə də sığorta biznesi ilə əlaqəli sahələrdə fəaliyyət göstərən şirkətlər qatılırlar.

Azərbaycanı bu tədbirdə Maliyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA), İcbari Sığorta Bürosunun və bir sıra sığorta şirkətlərinin rəhbərliyi və nümayəndələri təmsil edir.

Baden-Baden Sığorta Forumuna "AzSığorta", "Azərsığorta", "Atəşgah", "Atəşgah Həyat", "Paşa Həyat Sığorta", "İPƏK YOLU SIĞORTA", "Standard Insurance", "AtaSığorta", "Azərbaycan Sənaye Sığorta", "Qala Həyat" sığorta şirkətləri və "AzRe" təkrar sığopta şirkəti qatılıb. Forum çərçivəsində sığorta şirkətləri və sığorta qurumlarının xarici şirkət və qurumlarla müxtəlif işgüzar görüşləri keçirilir.

Görüşlərdə yeni partnyorların tapılması, müxtəlif sığorta məhsulları üzrə təcrübə mübadiləsi, eləcə də Azərbaycan sığorta bazarında yeni məhsulların tətbiqi ilə bağlı müzakirələr aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti