...

AİB Ukraynaya 3 milyard avro həcmində yardım paketini nəzərdən keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2014 13:38 (UTC +04:00)
Avropa İnvestisiya Bankı (AİB) Şərq Tərəfdaşlığı üzrə Komitəsinin ilk iclasını keçirib.
AİB  Ukraynaya 3 milyard avro həcmində yardım paketini nəzərdən keçirir

Azərbaycan, Bakı, 19 mart/Trend, müxbir E. Əliyev/

Avropa İnvestisiya Bankı (AİB) Şərq Tərəfdaşlığı üzrə Komitəsinin ilk iclasını keçirib. Trend-in çərşənbə günü AİB-ə istinadən verdiyi məlumata görə, komitəyə bankın tərəfdaşları, Avropa İttifaqının üzv ölkələri, Avropa Komissiyası və Avropa xarici siyasət idərisinin nümayəndələri daxil olub.

İclasda komitə AİB-in tərəfdaş ölkələrdə investisiya strategiyasına dair məruzə edib və bankın yaxın illər üzrə nümunəvi biznes-planına öz töhfəsini verib.

Eyni zamanda, tədbir iştirakçıları 2016-cı ildə AİB Avropa İttifaqının Ukraynaya yardım paketi üçün həcmi 3 milyard avro təşkil edəcək uzunmüddətli kredit ayıra biləcəyi barədə məlumatlandırılıb.

Komitə 2013-cü ildə Şərq Tərəfdaşlığı üzrə Vilnüsdə keçirilən sammitin nəticəsində yaradılıb və AİB qarşısında bankın işlədiyi ölkələrlə daha sıx əlaqə qurmaq imkanını açıb.

AİB-in vitse-prezidenti Vilgelm Molterer bildirib ki, Şərq Tərəfdaşlığı AİB tərəfindən kreditləşən sürətlə artan və dinamik inkişaf edən regionlardan biridir: "Biz bu dinamikanı qorumaq niyyətindəyik". 2007-ci ildə Şərq Tərəfdaşlığı regionunda fəaliyyətini genişləndirən AİB Ermənistan, Gürcüstan, Moldova və Ukraynaya ümumi həcmi 3,2 milyard avro təşkil edən uzunmüddətli kreditlər ayırıb.

Bununla yanaşı, 2013-cü ildə Çərçivə Sazişinin qüvvəyə minməsindən sonra AİB Azərbaycanla əməkdaşlığını genişləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti