...

"Paşa Kapital" iyunda da brokerlərin renkinqinə başçılıq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2014 16:24 (UTC +04:00)
2014-cü ilin iyun ayında dövlət və korporativ qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə "Paşa Kapital" MMC başçılıq edib.
"Paşa Kapital" iyunda da brokerlərin renkinqinə başçılıq edib

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir Zülfiyyə Qurbanova/

2014-cü ilin iyun ayında dövlət və korporativ qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə "Paşa Kapital" MMC başçılıq edib. Şirkət ümumi dəyəri 55,03 milyon manat olan broker xidmətləri göstərib. Bu barədə Trend-ə Bakı Fond Birjasından (BFB) məlumat verilib.

İkinci yeri ümumi həcmi 32,75 milyon manat olan broker xidmətləri göstərmiş "Brokdil-Az" MMC tutub.

Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 32,37 milyon manatla "Standard Kapital" MMC qərarlaşıb.

2014-cü il iyun ayı üzrə BFB-nin DQK və KQK bazarı sektorunda (repo əməliyyatlar istisna olaraq) göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi:

Xidmətlərin həcminə görə cari yeri

Xidmətlərin həcminə görə əvvəlki yeri

Brokerlər

Əməliyyatların həcmi

(AZN)

1

1

"Paşa Kapital" MMC

55,030,997

2

3

"Brokdil-Az" MMC

32,745,430

3

4

"Standard Kapital" MMC

32,371,166

4

9

"Çelsi Kapital" MMC

15,520,377

5

-

YapiKrediİnvest

12,002,466

6

5

"Unicapital" ASC

11,286,726

7

8

"Xalq Kapital" MMC

5,827,475

8

7

ADB-Broker MMC

3,086,178

9

6

"Texnika Kapital Menecment" MMC

1,716,593

Qeyd: DQK - dövlət qiymətli kağızlar; KQK - korporativ qiymətli kağızlar

Məqalədə:
Xəbər lenti

Xəbər lenti