...

Azərbaycan məhsulları Rusiya aqrosənaye sərgisində nümayiş etdirilir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2014 15:40 (UTC +04:00)
Azərbaycan məhsulları aqrosənaye sərgisində nümayiş etdirilir. Bu barədə Trend-ə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan məhsulları Rusiya aqrosənaye sərgisində nümayiş etdirilir (FOTO)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Azərbaycan məhsulları aqrosənaye sərgisində nümayiş etdirilir. Bu barədə Trend-ə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanda aparılan uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatı dinamik inkişaf edir, rəqabətqabiliyyətli məhsul istehsalının həcmi artır, ixrac imkanları genişlənir. Özəl sektora kompleks dövlət dəstəyi tədbirləri, məqsədli dövlət proqramlarının icrası, güzəştli kreditlərin verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və s. kimi tədbirlər sahibkarlığın inkişafını stimullaşdırır, müasir texnologiyaların tətbiqinə əsaslanan iri istehsal müəssisələri yaradılır. Bu müəssisələrdə istehsal olunan rəqabətqabiliyyətli məhsullar dünyanın bir sıra ölkələrinə ixrac olunur, beynəlxalq sərgilərdə nümayiş etdirilir.

Belə sərgilərdən biri də oktyabrın 8-də Moskvada fəaliyyətə başlayan "Qızıl payız - 2014" adlı 16-cı Rusiya aqrosənaye sərgisidir. Sərgidə kənd təsərrüfatı məhsulları nümayiş etdirilir, eləcə də bu məhsulların satışı təşkil edilir.

8-11 oktyabr tarixlərində fəaliyyət göstərəcək "Qızıl payız - 2014" sərgisində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən 14 Azərbaycan şirkəti iştirak edir. Bu şirkətlər meyvə-tərəvəz məhsulları ilə yanaşı, müxtəlif növ meyvə şirələri, cemlər, mürəbbələr, tomat pastası və s. kimi emal məhsullarını nümayiş etdirir və satışını həyata keçirirlər.

Sərgi Azərbaycan şirkətləri üçün istehsal etdikləri məhsulların tanıdılması, ixracının daha da artırılması, həmçinin yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.

"Qızıl payız - 2014" adlı 16-cı Rusiya aqrosənaye sərgisində Azərbaycan şirkətlərinin təqdim etdiyi məhsulların çoxçeşidliliyi, yüksək keyfiyyəti, qablaşdırma səviyyəsi rusiyalı istehlakçılar tərəfindən böyük maraqla qarşılanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti