...

Avropa bankı Azərbaycana təkliflər verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2014 18:28 (UTC +04:00)
Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Avropa İnvestisiya Bankının vitse-prezidenti Vilhelm Moltereri qəbul edib.
Avropa bankı Azərbaycana təkliflər verəcək

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Avropa İnvestisiya Bankının vitse-prezidenti Vilhelm Moltereri qəbul edib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ş.Mustafayev Azərbaycanın beynəlxalq mailiyyə və iqtisadi qurumlarla uğurla əməkdaşlıq etdiyini, Avropa İnvestisiya Bankı ilə əməkdaşlığın da səmərəli olacağına ümidvar olduğunu qeyd edib. 2013-cü ildə Brüsseldə Azərbaycanla Avropa İnvestisiya Bankı arasında Çərçivə Sazişi imzalanıb. Nazir Azərbaycanda qeyri-neft sektorunun inkişafının prioritet olduğunu, hazırda bir sıra infrastruktur layihələrinin həyata keçirildiyini və sənaye parklarının yaradıldığını, bu istiqamətlər, eləcə də digər sahələr üzrə Bankla əməkdaşlıq edilə biləcəyini diqqətə çatdırıb.

V.Molterer bankla Azərbaycan arasında əməkdaşlığın qurulması baxımından Çərçivə Sazişinin imzalanmasının əhəmiyyətini qeyd edib, bankın kiçik və orta sahibkarlığın inkişafı məqsədilə Azərbaycanın özəl banklarına kredit ayrılmasının davam etdiriləcəyini bildirib. O, Avropa İnvestisiya Bankının Azərbaycanla əməkdaşlıqda, müxtəlif layihələrin maliyyələşdirilməsində maraqlı olduğunu və bank tərəfindən müvafiq təkliflərin təqdim ediləcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti