Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir Azad Həsənli/
2014-cü ilin dekabrında Bakıda satışa çıxarılan qeyri-yaşayış obyektlərinin sayı əvvəlki ayla müqayisədə 10 faiz artıb. Bu barədə Trend "MBA Consulting Group" şirkətinə istinadən məlumat verir.
Məlumata görə, dekabrda satışa çıxarılan obyektlərin sayı 206 ədəd olub. Noyabrda isə bu rəqəm 187 ədəd təşkil edib.
Bundan başqa, dekabrda kommersiya obyektləri bazarında 113 əqd bağlanıb. Bu, noyabrda olduğundan 2,6 faiz azdır.
Satış məqsədi ilə bazara təklif olunan kommersiya obyektlərinin həcmində əsas paya 54 faizlə "boş yer" təyinatlı sahələr malikdir (bu tip obyektlər təyinatı dəqiq olmayan obyektlərdir və ofis, mağaza və ya xidmət təyinatı altında istifadə oluna bilərlər). Xidmət obyektləri 28 faiz, mağazalar 11 faiz, ofislər isə 7 faiz paya sahibdirlər. Satışda olan ofis təyinatlı yerlərin sayı ümumi payın 5%-nə, qalan seqmentlər isə (zirzəmi, anbar, qaraj, sənaye və s.) bazarda payın 6%-nə malikdir.
Qeyri-yaşayış obyektlərinin orta sahəsi 173,09 kv.m təşkil edib ki, bu da öz növbəsində, əvvəlki ayla müqayisədə 25,3% azdır. Kommersiya obyektlərinin orta sahəsinin azalmasını böyük sahəyə malik obyektlərin satışı ilə əlaqələndirmək olar.
Araşdırmalar nəticəsində Bakı şəhərində 3 min kv.m-lik ən böyük sahə Nərimanov rayonunda, ən az sahə kimi isə Nizami rayonunda (15 kv.m) qeydə alınıb.
Son aylarda aktivliyin azalmasına da satış obyektlərinin ekspozisiya müddətlərinin artması səbəb olub. Ay ərzində belə obyektlərin ekspozisiya müddəti 152 gün təşkil edib.
Dekabr ayı üçün bazarda orta satış qiyməti 2,94% azalaraq 4458 $/kv.m təşkil edib. Bir kv.m qеyri-yаşаyış sаhəsinin orta icarə qiyməti dekabrda 18,8 dollar olub.
Dekabr ayında qiymət indeksi 2013-cü ilin müvafiq ayı ilə müqayisədə 2,94 faiz azalaraq 6,24 bənd təşkil edib.
Qiymətlərin son ayda artması nisbətən Bakıdakı I və III zonalarda, qismən azalması isə II və IV zonalarda müşаhidə еdilib.
|
Zonalar |
Noyabr, 2014 |
Dekabr, 2014 |
% |
|
Birinci zona |
23 |
24,18 |
0,05% |
|
İkinci zona |
18 |
18,83 |
0,05% |
|
Üçüncü zona |
13,56 |
13,36 |
-0,01% |
|
Dördüncü zona |
8 |
7,94 |
-0,01% |
|
Orta qiymət |
15,64 |
16,08 |
0,02% |
Qiymətlərdə dəyişikliklər onların təyinatından asılı olub:
|
Sahələr |
Noyabr, 2014 |
Dekabr, 2014 |
% |
|
Mağazalar |
4928 |
4860 |
-1,38% |
|
Sahə |
3994 |
4037 |
1,08% |
|
Xidmət obyektləri |
3684 |
3732 |
1,30% |
|
Ofislər |
2779 |
2737 |
-1,51% |
|
Zirzəmilər |
1050 |
1050 |
0.00% |
|
Sənaye obyektləri |
690 |
690 |
0.00% |
|
Orta qiymət |
2854,16 |
2851 |
-0,09% |