...

Rabitəbank-dan təqaüdçülərə özəl kredit

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2015 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /Trend/

"Rabitəbank" ASC "Hər yaşın öz krediti var" şüarı altında təqaüdçülər üçün sürətli kreditlər təqdim edir.

Bankdan Trend-ə verilən məlumata görə, indi təqaüdçülər Rabitəbank-dan daha böyük məbləğdə - 10.000 AZN-dək və güzəştli şərtlərlə 3 illik müddət ərzində kredit götürmək imkanına malikdirlər.

Kreditin şərtlərinə əsasən son ödəniş tarixinə qədər yaşı 75 olan təqaüdçülər sadəcə şəxsiyyət vəsiqəsi və gəlirləri təsdiq edən sənədi təqdim etməklə kredit əldə edə bilərlər.

Müştərilər təqaüdü təsdiq edən arayışı "Elektron hökumət" xidməti vasitəsilə bankdan ayrılmadan yerindəcə elektron şəkildə əldə edə biləcəklər.

Bankın təqdim etdiyi digər kredit məhsulları və xidmətləri haqqında ətraflı məlumatla www.rabitabank.com rəsmi internet ünvanında tanış olmaq olar.

22 ildən artıq kiçik və orta sahibkarlığın əsas tərəfdaşı kimi ölkədə fəaliyyət göstərən "Rabitəbank" 2 şöbə və 22 filial şəbəkəsi vasitəsilə müxtəlif istiqamətlərdə həm fiziki, həm də hüquqi şəxslərə maliyyə xidmətlərini göstərməkdə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti