Azərbaycan, Bakı, 27 oktyabr /Trend/
Etibar Əliyev yenidən "Bank Technique" ASC-nin Müşahidə Şurasının sədri təyin edilib. Bunu Trend-ə E.Əliyevin özü məlumat verib.
E.Əliyevi bildirib: "Mən bu gündən bankın Müşahidə Şurasının sədri vəzifəsində səlahiyyətlərimin icrasına başladım. Bu, dövlət başçısının Azərbaycanda sahibkarlığın inkişafına göstərdiyi dəstək üzrə atılan addımların nəticəsidir".