...

Azərbaycan bankı köhnə adını bərpa etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2015 16:52 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov - Trend:

"Bank Technique" ASC öz köhnə adını qaytarıb. Bunu Trend-ə bankın Müşahidə Şurasının sədri Etibar Əliyev deyib.

Onun sözlərinə görə, bank artıq "Texnika Bank" adı altında fəaliyyətə başlayıb. Müvafiq qərar bankın Müşahidə Şurasında qəbul edilib.

E.Əliyev deyib: "Mövcud qanunvericiliyə uyğun olaraq artıq Azərbaycan Mərkəzi Bankına müraciət etmişik. Müraciətimizə baxıldı və adın dəyişdirilməsi ilə bağlı müsbət qərar qəbul edildi".

O, qeyd edib ki, yaxın vaxtlarda bankın səhmdarlarının tərkibi də dəyişəcək: "Yeni investorların cəlb edilməsi məsələsini nəzərdən keçiririk. Hazırda bankın səhmdarlarının tərkibinə daxil olmaqda maraqlı olan bəzi yerli investorların təkliflərini öyrənirik. Maraq olarsa, xarici investorların da təkliflərinə baxa bilərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti