...

"British Airways" yeni "787-9 Dreamliner" təyyarəsinin marşruta buraxılmasını Hollivud ulduzları ilə qeyd edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2015 12:33 (UTC +04:00)

Bakı. Trend:

Oktyabr ayında "British Airways"in yeni "Boeing 787-9 Dreamliner" təyyarəsinin Dehli (Hindistan) marşrutu üzrə debütündən sonra sözügedən əfsanəvi hava gəmisini qəbul edən ikinci şəhər Əbu-Dabi şəhəri (BƏƏ) olub.

"British Airways"in yeni "Boeing 787-9 Dreamliner" təyyarəsinin gündəlik həyata keçirilən London - Əbu-Dabi - Məsqət reysində istifadəsini qeyd etmək üçün avstraliyalı aktrisa Marqo Robbi Hollivud ulduzu Orlando Blum, hit-paradların ulduzu olan britaniyalı ifaçı Cessi C. və bir sıra VİP qonaqlarla birgə Əbu-Dabi sahili yaxınlığında "Zaya Nurai" adasında keçirilən VIP tədbirdə iştirak ediblər.

Tədbir çərçivəsində Marqo Robbi vintaj üslubunda eksklüziv foto-sessiyada iştirak edib. Robbi "Burberry" brendinin "Prorsum" kolleksiyasından olan gözəl bir donda Rüb-əl-Xalidə (ərəbcə "boş rüb") yerləşən heyrətamiz Liva səhrasının dreyfləri və narıncı çalarlı qum təpələri arasında şəfəq saçıb. "British Airways"in "787-9 Dreamliner" təyyarəsinin Londonun Hitrou hava limanından Əbu-Dabi və Məsqət beynəlxalq hava limanlarına açılış reysini həyata keçirən pilotlar Marqonu çəkiliş zamanı müşayiət ediblər.

Yaxın gələcəkdə "British Airways" aviaşirkətin aparıcı təyyarəsinə çevriləcək "787-9 Dreamliner" hava gəmisinin təyinat məntəqələri siyahısına Kuala-Lumpur (Malayziya), Ostin (ABŞ) və digər şəhərləri, artıq gələn il isə San-Xose (Kaliforniya) reysini əlavə etməyi planlaşdırır.

"787-9" təyyarəsinə "World Traveller" (ekonom), "World Traveller Plus" (premium ekonom) və "Club World" (biznes sinfi) kabinələri ilə yanaşı, yeni birinci sinif kabinələri də yer alıb. Qeyd olunan yenilik aviaşirkətin 787 təyyarələri arasında bir ilkdir. Yeni birinci sinif kabinələri sözügedən sinif sərnişinlərinin rəyi əsasında rahatlığı və dəbdəbəni təcəssüm etdirmək üçün yaradılıb.

Yeni birinci sinif kabinələri haqda ətraflı məlumat üçün: http://ba.uk/First787


"British Airways" 9-u İngiltərə, 97 Avropa və 82 dünyanın digər istiqamətlərinə olmaqla 188 istiqamətdə uçuşlar həyata keçirir

Aviaşirkət hər il dünyada təxminən 40 milyon sərnişin daşıyan dünyanın ən böyük beynəlxalq hava yolları şirkətlərindən biridir

Aviaşirkət uzun məsafəli uçuşların əksəriyyətində dörd kabin seçimi xidmətini təklif edir

Aviaşirkət yeni təyyarə, yeni kabin, yeni texnologiya və yeni marşrutlara investisiya yatırır

"British Airways" vətəni London "Heathrow"da Terminal 5-dən həyata keçirilən əksər uçuşları idarə edir. Bu terminal 50 futbol meydançası böyüklüyündədir və ildə 30 milyon müştəriyə xidmət etməyə qadirdir

"British Airways" hava və yerdə həyatı daha da rahat etmək üçün yeni təyyarə, asan kabin, zərif salonlarda təxminən 5 milyon funt sterlinq investisiya yatırır

"British Airways"in ev terminalı, 5-ci terminal üç il ardıcıl olaraq dünyanın ən yaxşı terminal kimi "Skytrax" mükafatına layiq görülüb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti