...

IFC Azərbaycanda kiçik biznesin maliyyəyə çıxışını yaxşılaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2016 16:00 (UTC +04:00)
Layihə növbəti 3 il ərzində kreditlərin qaytarılması ilə bağlı vəziyyəti yaxşılaşdırmağa, bank sektorunun kredit portfelini artırmağa və özəl kredit bürosunun yaradılmasına kömək edəcək.
IFC Azərbaycanda kiçik biznesin maliyyəyə çıxışını yaxşılaşdırır

Bakı. Azad Həsənli - Trend:

Bakıda Azərbaycanın maliyyə infrastrukturunun təkmilləşdirilməsi və maliyyəyə çıxış imkanlarının yaxşılaşdırılması üçün məsləhət xidmətləri layihəsinin üçüncü mərhələsinin reallaşdırılmasına başlanmasına həsr edilmiş tədbir start götürüb.

Trend-in məlumatına görə, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) reallaşdırdığı Mərkəzi Asiyanın maliyyə bazarlarının infrastruktur layihəsi İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi tərəfindən maliyyələşdirilir.

Layihə növbəti 3 il ərzində kreditlərin qaytarılması ilə bağlı vəziyyəti yaxşılaşdırmağa, bank sektorunun kredit portfelini artırmağa və özəl kredit bürosunun yaradılmasına kömək edəcək.

IFC-nin Bakı ofisinin rəhbəri Aliyə Əzimova bildirib ki, layihənin ilk mərhələlərində hazırlıq işləri görülüb, üçüncü mərhələdə isə müvafiq qanunvericilik aktlarının qəbul edilməsi və işə başlamaq planlaşdırılır: "Biz məlumat mübadiləsinin səmərəli sistemini yaratmaq və daşınan əmlakdan istifadə imkanlarını genişləndirməklə özəl sektorun inkişafı üçün yenu imkanlar yaradırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti