...

PAŞA Bank-ın dəstəyi ilə "Davamlı Müəssisənin İnkişaf Proqramı"nın yekun mərhələsi keçirildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2016 17:16 (UTC +04:00)
“Biznes günü” tədbirində ən yaxşı 7 biznes-planın təqdimatı keçirilib və ekspert qrupu tərəfindən qiymətləndirilib.
PAŞA Bank-ın dəstəyi ilə "Davamlı Müəssisənin İnkişaf Proqramı"nın yekun mərhələsi keçirildi

Bakı. Trend:

12 fevral 2016-cı il tarixində ölkənin ən iri banklarından biri olan - PAŞA Bank-ın dəstəyi ilə Gənclər və İdman Nazirliyi və "Azərbaycan Gənclərinin Nailiyyəti" İctimai Birliyi region gənclərinin sahibkarlıq fəaliyyətinin inkişafına yönəlmiş "Davamlı Müəssisənin İnkişaf Proqramı"nın yekun mərhələsinə həsr olunmuş "Biznes günü" tədbirini keçiriblər.

Öz giriş nitqində PAŞA Bank-ın İdarə Heyətinin üzvü, baş hüquq inzibatçısı Şirin Əliyeva vurğulayıb ki, bir maliyyə qurumu kimi müxtəlif növ bank xidmət və məhsulları təklif etməklə yanaşı, bank ölkəmizin davamlı inkişafına, ictimaiyyətin rifahına dəstək olmağa çalışır: "PAŞA Bank Korporativ Sosial Məsuliyyəti proqramları çərçivəsində sahibkarların və gənclərin təhsili və inkişafına böyük sərmayələr qoyur. Bankımızın əsas məqsədlərindən biri gənc sahibkarların iqtisadi təhsili, işə hazırlığına və gələcəkdə cəmiyyətdə layiqincə yer tutmalarına yardım etməkdir".

"Biznes günü" tədbirində ən yaxşı 7 biznes-planın təqdimatı keçirilib və ekspert qrupu tərəfindən qiymətləndirilib. Təqdim olunan biznes-planların həyata keçirilə bilmə dərəcəsi, rəqabətədavamlılığı, yeniliyi və biznes fəaliyyətinin inkişaf planı əsasında 3 ən yaxşı biznes planı seçilib.

Qeyd edək ki, 2015-ci ilin sentyabr ayında başlayan "Davamlı Müəssisənin İnkişaf Proqramı" kiçik və orta müəssisənin yaradılması və idarə edilməsi üçün gənc sahibkarları zəruri bilik və bacarıqlarla təmin etmək məqsədi daşıyırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti