...

SOCAR dövlət büdcəsinə ödənişləri azaldır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2016 16:14 (UTC +04:00)
Dövlət Neft Şirkəti tərəfindən bu ilin iyul ayında dövlət büdcəsinə 127 milyon 110 min manat vəsait ödənilib.
SOCAR dövlət büdcəsinə ödənişləri azaldır

Bakı. Trend:

Dövlət Neft Şirkəti tərəfindən bu ilin iyul ayında dövlət büdcəsinə 127 milyon 110 min manat vəsait ödənilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, cari ilin yanvar-iyul aylarında büdcəyə 788 milyon 852 min manat vəsait ödənilib.

Bundan əlavə, bu ilin iyul ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 74 min manat vəsait köçürüb. Bu göstərici ötən ilin iyul ayı ilə müqayisədə 901 min manat və ya 108,1 faiz çoxdur.

Ümumiyyətlə, 2016-cı ilin yanvar-iyul aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 81 milyon 606 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 649 min manat və ya 100,8 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti