Bakı. Ənvər Məmmədov – Trend:
Ləğv edilmiş "Parabank", "Dekabank" və "Qafqaz İnkişaf Bankı"nda sığortalanmamış əmanətlərin ümumi həcmi 54,3 milyon manat təşkil edir.
Trend-in məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) rəhbəri Azad Cavadov deyib.
O bildirib ki, "Parabank"da sığortalanmamış əmanətlərin həcmi 43 milyon manat, "Dekabank"da 2,3 milyon manat, Qafqaz İnkişaf Bankında isə 9 milyon manatdır.
A.Cavadovun sözlərinə görə, "Parabank"da sığortalanmış əmanətlərin həcmi 43,8 milyon manat, "Dekabank"da 5,3 milyon manat, Qafqaz İnkişaf Bankında isə 2 milyon manatdır.