Bakı. Ənvər Məmmədov – Trend:
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) müflis olmuş "Bank Standard" MMC-nin 240 müştərisinə kompensasiya ödəyib.
Bunu Trend-ə ADIF-in rəhbəri Azad Cavadov deyib.
Onun sözlərinə görə, hazırda kompensasiyaların ödənişi davam edir və verilmiş kompensasiyaların dəqiq məbləği onun tamamlanmasından sonra məlum olacaq.
A.Cavadov qeyd edib ki, adətən ilk günlər əmanətçilərin axını çox olur: "Hazırda kompensasiya üçün təqribən 1000 nəfər müraciət edib".