...

"Bank Standard"ın əmanətçilərinə 425 milyona manata yaxın kompensasiya ödənilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2016 14:43 (UTC +04:00)
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 711 milyon 557 min manatdan artıq kompensasiya ödənilib.
"Bank Standard"ın əmanətçilərinə 425 milyona manata yaxın kompensasiya ödənilib

Bakı. Trend:

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən noyabrın 25-də "Parabank" ASC-nin qorunan əmanətçilərinə 42 milyon 868 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 milyon 334 min manat (ümumi kompensasiya öhdəliyinin 72%-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 192 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 021 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96%-dən artıq) artıq kompensasiya ödənilib.

Fonddan Trend-ə verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 125 miyon 415 min manatdan çox kompensasiya ödənilib.

Bundan başqa, “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 218 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-dən artıq), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 928 min manatdan (ümumi kompensasiya öhdəliyinin 92%-i) artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16 milyon 146 min manatdan artıq kompensasiya ödənilib.

Həmçinin “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 147 min (ümumi kompensasiya öhdəliyinin 97%-i), “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 975 min manat (yəni ümumi kompensasiya öhdəliyinin 94%-i), “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon 081 min manatdan çox (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 milyon 205 min manatdan artıq kompensasiya ödənilib.

QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə isə 424 milyon 791 min manatdan artıq kompensasiya ödənilib. Belə ki, ümumi kompensasiya öhdəliyinin 96%-i əmanətçilərə ödənilib.

Ümumilikdə ADIF tərəfindən 10 bank üzrə 711 milyon 557 min manatdan artıq kompensasiya ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti