...

"Bank of Azerbaijan"ın əmanətçilərinin nəzərinə: Bir gününüz qaldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2017 15:44 (UTC +04:00)
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə müraciət edib.
"Bank of Azerbaijan"ın əmanətçilərinin nəzərinə: Bir gününüz qaldı

Bakı. Trend:

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə müraciət edib.

Trend-in məlumatına görə, Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Bank of Azerbaijan”ın qorunan əmanətçilərinin diqqətinə çatdırır ki, qorunan əmanətçilərə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üçün son gün 27 yanvar 2017-ci il hesab olunur. Bununla əlaqədar olaraq, kompensasiyaların alınması üçün müraciət etməyən qorunan əmanətçilərdən sabah – 27 yanvar 2017-ci il tarixə kimi kompensasiyaların geri alınması üçün Fonda müraciət etməkləri xahiş olunur.

“Əmanətlərin sığortalanması haqqında” qanunun 28.4.-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq, bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

Qeyd edək ki, “Əmanətlərin sığortalanması haqqında” qanunun 22.3.1-ci maddəsinə uyğun olaraq, 30 iyul 2007-ci il tarixdə 8 nömrəli reyestr nömrəsi ilə ADIF-ə üzv olan “Bank of Azerbaijan” 19 yanvar 2016-cı il tarixində Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb, ona verilmiş şəhadətnamə ləğv edilib və 22 yanvar 2016-cı il tarixdə bankda sığorta hadisəsi baş verib.

Qanunun 28.3.-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti