...

Aİ və Azərbaycan kənd təsərrüfatı məhsullarının ticarətini genişləndirməlidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2017 11:28 (UTC +04:00)
Avropa İttifaqı və Azərbaycan kənd təsərrüfatı məhsullarının ticarətini genişləndirməlidir.
Aİ və Azərbaycan kənd təsərrüfatı məhsullarının ticarətini genişləndirməlidir

Bakı. Ənvər Məmmədov - Trend:

Avropa İttifaqı (Aİ) və Azərbaycan kənd təsərrüfatı məhsullarının ticarətini genişləndirməlidir.

Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskas elektron sığortanın tətbiqi layihəsi ilə bağlı yekun konfrans zamanı deyib.

Səfirin sözlərinə görə, Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşı olmasına baxmayaraq, tərəflər arasında kənd təsərrüfatı məhsulları üzrə ticarət dövriyyəsi aşağı səviyyədədir: “2012-ci illə müqayisədə Azərbaycandan Aİ-yə kənd təsərrüfatı məhsullarının ixracı dörd dəfə artıb. Amma hesab edirəm ki, bu sahədə inkişaf üçün daha böyük potensial var”.

K.Yankauskas onu da qeyd edib ki, Aİ Azərbaycana kənd təsərrüfatının və kənd regionlarının inkişafı üçün 70 milyon avro ayırıb ki, bu da ölkəyə ayrılan ümumi vəsaitin 40 faizini təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti