...

DİQQƏT! Bu prospektdə hərəkət məhdudlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2017 10:29 (UTC +04:00)
Babək prospektində aparılacaq yenidənqurma işləri ilə əlaqədar olaraq, bu gündən etibarən (18 dekabr) sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti yol bağlanmadan hissə-hissə qismən məhdudlaşdırılacaq.
DİQQƏT! Bu prospektdə hərəkət məhdudlaşdırılır

Bakı. Samir Əli - Trend:

Babək prospektində aparılacaq yenidənqurma işləri ilə əlaqədar olaraq, bu gündən etibarən (18 dekabr) sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti yol bağlanmadan hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bu barədə Trend-ə “Azəravtoyol” ASC-dən məlumat verilib.

Yenidənqurma işlərinə prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Günəşli qəsəbəsi istiqamətində start verilir.

Sürücülərdən xahiş olunur ki, təmir işləri aparılan ərazilərdə diqqətli olsunlar və prospektdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti