...

İki xarici şirkətin Azərbaycandakı birgə nümayəndəliyi ləğv edildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2018 14:27 (UTC +04:00)
ABŞ-ın “General Electric” və Fransanın “Alstom” şirkətlərinin birgə müəssisəsi olan “Grid Solutions” şirkəti Azərbaycandakı nümayəndəliyini ləğv edir
İki xarici şirkətin Azərbaycandakı birgə nümayəndəliyi ləğv edildi

Bakı. Ənvər Məmmədov - Trend:

ABŞ-ın “General Electric” və Fransanın “Alstom” şirkətlərinin birgə müəssisəsi olan “Grid Solutions” şirkəti Azərbaycandakı nümayəndəliyini ləğv edib.

Trend-in məlumatına görə, bu məsələ ilə bağlı bütün tələb və bildirişlər iki ay müddətində göndərilməlidir.

Qeyd edək ki, bir müddət əvvəl “General Electric”dən Trend-ə məlumat verilmişdi ki, bu addım şirkətin Azərbaycandakı biznes strukturunun optimallaşdırılması ilə bağlıdır: ““Grid Solutions” filialının bağlanması ölkədə fəaliyyətdin dayandırılmasıni ifadə etmir, sadəcə daxili təkrar strukturlaşma ilə izah olunur. Azərbaycanda “Grid Solutions”un nümayəndəliyinin bağlanması və “GE Oil & Gas UK Ltd” nümayəndəliyinin yaradılması məhz bununla bağlıdır”.

Xəbər lenti

Xəbər lenti