...

Moody's: Azərbaycanın dövlət borcunun artım tempi növbəti üç il ərzində azalacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2018 12:42 (UTC +04:00)
Azərbaycanın birbaşa və təminatlı dövlət borcunun artım tempi növbəti üç il ərzində azalacaq
Moody's: Azərbaycanın dövlət borcunun artım tempi növbəti üç il ərzində azalacaq

Bakı. Trend:

Azərbaycanın birbaşa və təminatlı dövlət borcunun artım tempi növbəti üç il ərzində azalacaq.

Trend-in məlumatına görə, bu barədə "Moody’s" beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.

Qeyd olunur ki, dövlət borcunun artım tempinin azalması dövlət büdcəsində kəsirin azaldılması məqsədilə qəbul edilən fiskal qərarlarla və bir sıra iri layihələrin reallaşdırılmasının başa çatması hesabına əldə olunub.

Eyni zamanda agentlik dövlət borcunun ÜDM-ə nisbətinin 2018-ci ildə 53,4 faiz, 2019-cu ildə 53,8 faiz təşkil edəcəyini proqnozlaşdırır.

Qeyd edək ki, 2017-ci ildə agentlik dövlət borcunun ÜDM-ə nisbətini 53,6 faiz həcmində proqnozlaşdırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti