...

Assosiasiya sədri: Dövlət yerli istehsalçıları və ixracatçıları tam dəstəkləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Mart 2018 09:39 (UTC +04:00)
Azərbaycanda dövlət yerli istehsalçıları və ixracatçıları tam dəstəkləyir.
Assosiasiya sədri: Dövlət yerli istehsalçıları və ixracatçıları tam dəstəkləyir

Bakı. İlkin Şəfiyev - Trend:

Azərbaycanda dövlət yerli istehsalçıları və ixracatçıları tam dəstəkləyir.

Bunu Trend-ə Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev deyib.

O bildirib ki, bu məsələdə təşkilat sahibkarlarla sıx təmasdadır: “Onu deyə bilərəm ki, Azərbaycanda bütün dövlət strukturları meyvə-tərəvəz məhsulu istehsalçıları və ixracatçılarını tam dəstəkləməyə çalışır”.

B.Quliyevin sözlərinə görə, hazırda istehsalçılar və ixracatçılar üçün bütün zəruri şərait yaradılıb və onlar tərəfindən hər hansı bir şikayət yoxdur.

Qeyd edək ki, Azərbaycanda sahibkarlığın inkişafı üçün hökumət müxtəlif tədbirlər həyata keçirir: biznesə güzəştlər tətbiq olunur, dövlət strukturları nəzdində apellyasiya şuraları yaradılır, qanunvericilik müasirləşdirilir və genişmiqyaslı islahatlar keçirilir. Belə ki, ölkədə sənaye parkları və məhəllələri, aqroparklar və yüksək texnologiya parkları fəaliyyət göstərir.

Bundan başqa, yerli istehsalçıların dəstəyi üçün hökumət ixrac missiyaları təşkil edir və digər tədbirlər həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti