...

Astaradan "Aqroekspress" layihəsi çərçivəsində növbəti qatar yola düşəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2022 11:08 (UTC +04:00)
Astaradan "Aqroekspress" layihəsi çərçivəsində növbəti qatar yola düşəcək

Bakı. Sədrəddin Ağcayev - Trend:

Bu gün Astaradan "Aqroekspress" Rusiya-Azərbaycan layihəsi çərçivəsində növbəti qatar yola düşəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev Bakıda "Azərbaycan-Udmurtiya" biznes forumu zamanı deyib.

"Bu, Azərbaycanla Rusiya arasında ticarət dövryyəsinin artımına xidmət edəcək", - deyə o bildirib.

Y.Abdullayevin sözlərinə görə, AZPROMO Azərbaycan qeyri-neft ixracının inkişafını hədəfləyir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti