...

Azərbaycanla Udmurtiya arasında ticari-iqtisadi əməkdaşlığın inkişaf dinamikası artım potensialına malikdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2022 11:27 (UTC +04:00)
Azərbaycanla Udmurtiya arasında ticari-iqtisadi əməkdaşlığın inkişaf dinamikası artım potensialına malikdir

Bakı. Sədrəddin Ağcayev - Trend:

Rusiyanın Udmurtiya Respublikasından Azərbaycana əsasən IT avadanlığı, süd, kimya və digər növ məhsullar tədarük olunur.

Trend-in məlumatına görə, bunu Udmurtiya hökumət başçısının müavini Mixail Xomiç Bakıda "Azərbaycan-Udmurtiya" biznes forumu zamanı deyib.

Onun sözlərinə görə, ticari-iqtisadi əməkdaşlığın inkişaf dinamikası artım potensialına malikdir.

"Azərbaycanla ticarət dövriyyəsinin artımı sevindirici olsa da, ixrac rəqəmləri çox yüksək deyil. Biz bu göstəricilərin artırılmasını hədəfləyirik", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti