...

Azərbaycan Rusiyanın 80-dən çox regionu ilə əməkdaşlıq edir - Nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2022 13:30 (UTC +04:00)
Azərbaycan Rusiyanın 80-dən çox regionu ilə əməkdaşlıq edir - Nazir müavini

Bakı. Sədrəddin Ağcayev - Trend:

Rusiya regionlarının biznes nümayəndələrinin Azərbaycana səfərləri ikitərəfli ticari-iqtisadi münasibətlərin inkişafı üçün çox vacibdir.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, Azərbaycanla Rusiya arasında siyasi və ticari-iqtisadi münasibətlərin inkişafında ölkə prezidentləri aparıcı rol oynayır.

"Prezidentlər arasında dostluq və ali səviyyədə qəbul edilən qərarlar ticari-iqtisadi münasibətlərin inkişafına ciddi təkan verir. Koronavirus pandemiyasının iqtisadiyyatlara mənfi təsirlərinə baxmayaraq, Rusiya və Azərbaycan stabil artım və bərpa nümayiş etdirilib", - deyə o bildirib.

O qeyd edib ki, 2021-ci ildə Azərbaycanın ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 12 faiz artıb.

"Həmin dövrdə ixrac 30 faizdən çox, idxal isə 6 faizə yaxın artıb", - nazir müavini bildirib.

N.Səfərov vurğulayıb ki, Azərbaycan Rusiyanın 80-dən çox regionu ilə əməkdaşlıq edir.

"20-dən çox regionla ticari-iqtisadi istiqamət üzrə müxtəlif sazişlər imzalanıb", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti