...

Azərbaycanda "quş qripi"nin müəyyən edilməsi üzrə növbəti monitorinq yanvarın 9-da başlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Yanvar 2006 20:54 (UTC +04:00)

Azərbaycanda "quş qripi"nin müəyyən edilməsi üzrə növbəti monitorinqin yanvarın 9-da başlanılması planlaşdırılır. Kənd təsərrüfatı nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində Trend ə bildirilib ki, bu, hesabla altıncı monitorinq olacaq.

Ötən monitorinq dekabrın 26-da başa çatıb və onun yekunlarına əsasən ölkə ərazisində həmin xəstəliyin əlamətləri müşahidə edilməyib.

Monitorinqi tərkibinə Dövlət Baytarlıq Xidməti, səhiyyə nazirliyi, ekologiya və təbii sərvətlər nazirliyi, AMEA Zoologiya İnstitutu və Azərbaycanın ovçular Cəmiyyəti mütəxəssislərinin daxil olduğu xüsusi Komissiya aparır.

Xəbər lenti

Xəbər lenti