...

Dünya bankı suvarma layihəsinə əlavə $5 mln ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2006 13:52 (UTC +04:00)

Dünya bankının Direktorlar Şurası Suvarma və Drenaj İnfrastrukturunun Yenidənqurulması və Tikintisinin Tamamlanması Layihəsinin icrası üçün əlavə olaraq 5 milyon ABŞ dollarının ayrılmasını təqdir edib. Trend in DB-nin məlumatına istinadən xəbər verdiyi kimi, əlavə vəsaitin ayrılmasına səbəb tikinti materiallarının və yanacağın qiymətinin artması ilə əlaqədar layihənin dəyərinin artması ilə bağlı xərcləri örtməkdə köməklik edilməsi ilə üzrə Azərbaycan hökumətinin müraciətidir.

Bu vəsait layihə üçün Beynəlxalq İnkişaf Assosiasiyasının ayırdığı 42 milyon ABŞ dolları məbləğində ilkin kreditə əlavədir. Hazırda Azərbaycanda əkilən torpaqların 80%-dən çoxu suvarma infrastrukturuna malikdir. Lakin suvarma sistemlərinin çox hissəsi keçmiş Sovet İttifaqı dövründə iqtisadi məqsədəmüvafiqlik və səmərəliliyə az diqqət yetirilməklə yaradılmışdır.

Layihə, həmçinin, ölkənin mərkəzi və cənub kənd təsərrüfatı bölgələrində torpağın şoranlaşmasının qarşısını almaq üçün Mil-Migan Kollektorunun tikintisinin tamamlanmasını da dəstəkləyəcək.

Azərbaycanın Dünya Bankına qoşulduğu 1992-ci ildən bəri ölkə üçün ayrılmış vəsaitin həcmi 30 əməliyyat üçün 930 milyon ABŞ dolları təşkil etmişdir.

Xəbər lenti

Xəbər lenti