...

Bank Standard –ın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2006 16:47 (UTC +04:00)

Martın 7-də Bakı Fond Birjasında (BFB) Bank Standard-ın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Trend in məlumatına görə, bu barədə BFB-nın martın 7-də yaydığı press-relizdə bildirilir.

Hərracda 9 səhmdar, eləcə də 2 fiziki şəxs, maliyyə strukturları və qeyri-rezidentlər iştirak edib.

Ərizələrin ümumi nominal məbləği 2 384 600 manat təşkil edib. Ərizələr 87,69% (gəlirlilik 14,04%)- 88,50% (gəlirlilik 12,99%) qiymət intervalı üzrə təqdim edilib. Rəqabət apara bilən ərizələr üzrə kəsmə qiymət 87,72% (gəlirlilik -14%) və orta yuxarı qiymət emitentlərin 87,96% (gəlirlik 13,69 %) səviyyəsində müəyyən edilib.

Reallaşdırılan istiqrazların həcmi nominal üzrə 1 484 600 manat həcmində müəyyən edilib. İstiqrazların ödəniş müddəti 2007-ci il martın 7-nə qədərdir.

Emissiyaların ümumi həcmi 2 mln. manat təşkil edib və dəyəri 515 400 manat olan digər istiqrazlar əlavə hərraca təqdim ediləcək. Əlavə hərracın keçirilməsi barədə elan hərracın keçirilməsinə 3 gün qalmış elan ediləcək.

Xəbər lenti

Xəbər lenti