...

Financial Times: Bakı Şərqi Avropada gələcəyin şəhəri elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2006 17:09 (UTC +04:00)

Martın 31-də Bakıda Baku-First tədbiri keçiriləcək və burada Financial Times jurnalının keçirdiyi müsabiqənin nəticələri elan ediləcək. Bu barədə Trend ə Azərbaycanın İxrac və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Emil Məcidov bildirib. Müsabiqənin yekunlarına görə, Azərbaycanın paytaxtı Şərqi Avropada gələcəyin şəhəri elan edilib.

Financial Times jurnalının redaktoru Kortni Finqar həmin mərasimdə iştirak etmək üçün Bakıya gələcək. Həmçinin iqtisadi inkişaf naziri Heydər Babayevin də iştirakı planlaşdırılıb.

Müsabiqə üç region - Baltik, Qərbi MDB və Şərqi Avropa (Macarıstan, Çexiya, Slovakiya) regionları arasında keçirilib və bu regionlar arasında Azərbaycan qalib olub. Amma Ümumavropa turunda ölkə məğlub olub.

Xəbər lenti

Xəbər lenti