...

Ticarət sistemlərinin inteqrasiyası məsələsi FEAS iclasında müzakirə predmetidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2006 17:14 (UTC +04:00)

Bakı Fond Birjasının (BFB) idarə heyətinin sədri Anar Axundovun Trend ə bildirdyinə görə, BFB Fond Birjalarının Avro-Asiya Federasiyasının (FEAS) işçi komitəsinin mayın 15-də Kişinyovdə (Moldova) keçiriləcək növbəti iclasında iştirak edəcək.

Onun sözlərinə görə, görüşdə İstanbul fond bazarı, Cənubi Avropa və Balkan ölkləri bazarlarının inteqrasiyası ilə bağlı bir çox məsələlər müzakirə olunacaq. Azərbaycan da bu prosesdə iştirak edə bilər. Birinci mərhələdə iş regional bazarın vəziyyətini əks etdirən birləşdirilmiş indikatorlar istiqamətində aparılacaq" - deyə o vurğulayıb. Bu vaxta qədər isə ümumi göstəricilər və indikatorlar müəyyənləşdirilməlidir.

Xəbər lenti

Xəbər lenti