...

Azərbaycanda təqaüdçülərə bank xidmətinin göstərilməsinə görə vergi norması 01%-ə qədər düşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2006 16:25 (UTC +04:00)

Əhalinin sosial müdafiəsi üzrə Dövlət fondunun (ƏSMDF) xahişi ilə təqaüdçülərə bank xidmətinin göstərilməsinə görə vergi norması pensiya ödənişlərinin ümumi həcmindən 0,5%-dən 01%-ə qədər düşüb. Bu barədə Trend ə Kapitalbankın idarə heyətinin sədri Rauf Rzayev bildirib.

Bu göstərici hələ 3-4 il bundan əvvəl 0,8-0,9 % idi, lakin xərclərin azaldılması məqsədi ilə Dövlət fondu vergi normasının aşağı salınması üzrə banklarla danışıqlar aparıb.

Bu gün iki dövlət bankı - Beynəlxalq Bank və Kapitalbank təqaüdçülərə xidmət göstərir. Hazırda 505 min təqaüdçü öz təqaüdlərini plastik kartlarla alırlar. Bakı və Sumqayıt üzrə 267 843 təqaüdçü, rayonlar üzrə isə 217 073 təqaüdçü vəsaiti kartlar vasitəsilə alır, bu təqaüdçülərin 9480 nəfəri kənd ərazilərinə düşür.

Xəbər lenti

Xəbər lenti