...

MDB ölkələrindən Azərbaycana 640477,5 min ABŞ dolları məbləğində mal gətirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2006 15:06 (UTC +04:00)

2006-cı ilin yanvar-may aylarında MDB ölkələrindən Azərbaycana 640477,5 min ABŞ dolları məbləğində mal gətirilib və bu, ümumi ölkə idxalının 38,44 %-ni təşkil edir. Trend in Dövlət Gömrük komitəsinə istinadən verdiyi xəbərə görə, Azərbaycandan MDB-yə 311070,3 min ABŞ dolları məbləğində mal göndərilib (ümumi ixracın 12,58%-i). MDB dövlətləri ilə idxal-ixrac əməliyyatları üzrə 329407,2 min ABŞ dolları məbləğində mənfi saldo yaranıb.

MDB dövlətlərinə əsasən yanacaq, neft məhsulları, pambıq, heyvan və bitki mənşəli yağlar, MDB dövlətlərindən Azərbaycana isə əsasən avadanlıq, quru üçün nəqliyyat vasitələri, elektrik cihazları, müxtəlif növlü avadanlıqlar ixrac olunub.

Xəbər lenti

Xəbər lenti