...

Əmanətlərin qaytarılması ilə bağlı yaradılan komissiya araşdırmasını başa çatdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2006 18:00 (UTC +04:00)

Milli Məclis tərəfindən vətəndaşların əmanətlərinin qaytarılması mexanizmini müəyyən etmək məqsədilə yaradılan komissiya araşdırmasını başa çatdırıb. Bu barədə Trend ə Milli Məclisin iqtisadi siyasət məsələləri daimi komissiyasından bildiriblər.

O da qeyd olunub ki, artıq araşdırmaların nəticələri ilə bağlı təkliflər müvafiq orqanlara təqdim edilib. Vətəndaşların sovetlər dönəmində banklarda qalan əmanətlərinby qaytarılması bu sahəni tənzimləyəcək qanunla həyata keçiriləcək. Sənədin ilkin variantı isə hazırdır. Layihə parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq.

Onu da bildirək ki, əmanətləri banklarda qalan vətəndaşların sayı iki milyona yaxındır. 2006-cı ilin dövlət büdcəsindən isə əmanətlərin qaytarılması məqsədilə 60 milyon manat ayrılıb.

Xəbər lenti

Xəbər lenti