...

Ekologiya Nazirliyi "quş qripi" ilə mübarizə çərçivəsində yeni laboratoriyanın yaradılması işini başa çatdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2006 15:20 (UTC +04:00)

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi "quş qripi" ilə mübarizə çərçivəsində yeni laboratoriyanın yaradılması ilə bağlı işləri başa çatdırır. Nazirlikdən Trend ə verilən məlumata görə, bunun üçün bina ayrılıb və hal-hazırda burada laboratoriya avadanlıqlarının quraşdırılması üzrə işlər aparılır.

"Laboratoriyanın istismara verilməsi oktyabrın sonuna planlaşdırılmışdı. Lakin laboratoriya üçün lazım olan avadanlıqların çatdırılması gecikdiyindən işlər bir qədər ləngidi", - deyə dövlət qurumundan bildiriblər.

Təkcə "quş qripi" deyil, eləcə də heyvan növləri arasında müxətlif növ xəstəliklərin tədqiq olunması üçün nəzərdə tutulan yeni laboratoriyanın ilin sonuna kimi istismara verilməsi planlaşdırılır.

Laboratoriya üçün avadanlıqlar Türkiyənin "Altunok Medical" şirkəti tərəfindən təqdim olunub. Şirkət nazirlik tərəfindən keçirilmiş müvafiq tender nəticəsində qalib seçilib.

Laboratoriya Azərbaycanda "quş qripi"nin qarşısının alınması və "quş qripi" ilə mübarizə çərçivəsində bu sahədə bütün strukturların fəaliyyətinin koordinasiyası üzrə Dövlət Komissiyası tərəfindən nazirliyə ayrılmış 200 min AZN hesabına yaradılır. Ekologiya Nazirliyi tərəfindən ilk dəfədir ki, bu cür laboratoriya yaradılır.

Xəbər lenti

Xəbər lenti