Noyabrın 20-də Əbu-Dabidə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında biznes-forumun keçirilməsi planlaşdırılır. Trend in Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatına istinadən xəbər verdiyi kimi, tədbir Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə keçiriləcək, təşkilatçısı isə AZPROMO şirkətidir.
Biznes-forumda iştirak etmək üçün Əbu-Dabiyə yeyinti, kimya sənayesi, maliyyə və digər sahələrdə ixtisaslaşmış 20-dən çox azərbaycanlı iş adamı yola düşəcək.
Tədbirdə yüksək vəzifəli şəxslərin məruzələri gözlənilir və Azərbaycanın investisiya mühitinin, ticarət və biznes imkanlarının təqdimatı planlaşdırılır. Hər iki ölkənin iş adamları arasında birbaşa görüşlər keçiriləcək.