...

Azərbaycan MDB banklarının elmi-koordinasiya şurasının işində iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2006 16:23 (UTC +04:00)

Bu gün Moskvada MDB İcraiyyə komitəsinin sədri Vladimir Ruşaylonun sədrliyi ilə birlik ölkələri banklarının elmi-koordinasiya şurası öz işinə başlayır. Bu barədə Trendə Azərbaycan bankları assosiasiyasının prezidenti Eldar İsmayılov xəbər verib.

O, özünün də sözügedən iclasda iştirak etmək üçün Azərbaycandan gəldiyini qeyd edib. "Bu, bizim üçün çox vacibdir. Rusiyada "Azərbaycan Beynəlxalq Bankı-Moskva" fəaliyyət göstərir. Biz Mərkəzi Asiya respublikaları,Ukrayna bankları ilə ilə əlaqələr yaradırıq, Belorusiya ilə münasibətlər qururuq "- deyə E. İbrahimov qeyd edib. Onun sözlərinə görə, Azərbaycan bankları MDB bankları ilə işgüzar əlaqələr qurmalıdır.

Xəbər lenti

Xəbər lenti