...

Heydər Əliyev adına beynəlxalq aeroport 2007-ci ildə mal alınması üçün müsabiqə elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2006 13:49 (UTC +04:00)

Heydər Əliyev adına beynəlxalq aeroport AZAL Dövlət Konserninin struktur vahidlərinin və beynəlxalq aeroportun təsərrüfat subyektlərinin ardıcıl işini təmin etmək məqsədilə müxtəlif qrup və kateqoriyalar üzrə malların alınması layihəsi üzrə professional uyğunluq prosedurunun keçirilməsi barədə qərar verib. Trend ə bu barədə AZAL-dan bildiriblər.

Bu prosedurda iştirak etmək istəyənlərin layihənin icrası üçün texniki və maliyyə imkanları, analoji işlərin yerinə yetirilməsi üçün təcrübəsi olmalı və vergi borcları olmamalıdır.

Sənədlər dekabrın 18-dən gec olmayaraq aeroportun müvafiq xidmətinə təqdim edilməlidir. Təkliflərin açılışı dekabrın 19-da keçiriləcək. Müsabiqənin qalibi il ərzində AZAL Dövlət Konserninə və beynəlxalq aeroporta müxtəlif növ mallar tədarük etməlidir.

Xəbər lenti

Xəbər lenti