...

Yeni il bayramı ilə əlaqədar Bakıda keçirilən yarmarkalara kənd təsərrüfatı məhsullarının tədarük həcmi artırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2006 16:04 (UTC +04:00)

Bakı rayonlarında keçirilən yarmakalarda təxminən 11 min ton kənd təsərrüfatı məhsulu realizə edilib. Azərbycan Kənd Təsərrüfatı Nazirliyinin aqrar islahtlar, kənd əraziləri və sahibkarlığın inkişafı şöbəsinin başçısı İslam İbrahimovun verdiyi məlumata görə, son vaxtlar keçirilən yarmarkalar gedişində təklif olunan kənd təsrrüfatı məhsulunun həcmi 270 ton təşkil edib, bu həcmin 5 tondan çoxu buğda məhsullarının, 12 tondan çoxu konserv məhsullarının, 85 tondan çoxu tərəvəz, 60 tondan çoxu kartof, 90 ton meyvənin və s. pyına düşüb.

Bakının 7 rayonunda keçirilən yarmakaya Azərbaycanın 45 regionundan məhsul gətirilib. Burda təklif olunan məhsulların qiyməti ümumi bazar qiymətlərindən 15-20 faiz, bəzi məhsullar üzrə isə hətta 40-50 faiz (yumurta, kök, çuğundur) aşağı olub.

Kənd Təsərrüfatı Nazirliyindən olan nümayəndə bildirib: "Növbəti yarmarkalarda qarşıdan gələn yeni il bayramı ilə əlaqədar gətirilən kənd təsərrüfatı məhsulunun həcminin əvvəlkindən daha artıq olması planlaşdırılıb".

Kənd təsərrüfatı məhsullarının yarmarkası iyulun sonundan etibarən şəhər əhalisinin kənd təsərrüfatı məhsulları ilə təminatının yaxşılaşdırılması və həmin məhsulların qiymət artımının qarşısının alınması məqsədilə keçirilir.

Kənd təsərrüfatı yarmarkaları hər həftənin şənbə və bazar günləri Bakının Suraxanı, Nərimanov, Yasamal, Xətai, Nizami, Binəqədi və Nəsimi rayonlarında keçirilir.

Xəbər lenti

Xəbər lenti