...

Azərbaycan Milli Bankı pul bazarında əməliyyat fəaliyyətini təkmilləşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2007 15:39 (UTC +04:00)

Azərbaycan Milli Bankı (AMB) pul siyasətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə "faiz dəhlizi" yanaşmasının tətbiq olunmağa başlanması haqqında bildirib.

Trend AMB-nin yaydığı məlumata istinadən xəbər verir ki, yeni əməliyyat strukturu ilə bu yanaşmanın tətbiqi iqtisadiyyatda pulun qiymətinə təsir etmək üçün AMB-nin imkanlarının genişləndirilməsini nəzərdə tutur. Bu, operativ monetar idarəetmədən səmərəliliyin artırılması üçün şərait yaratmağa imkan verəcək.

Əməliyyatların yeni strukturuna əsasən, Milli Bank pul bazarında əməliyyatları iki istiqamətdə aparacaq - çərçivə vasitələri ilə və açıq bazarda əməliyyatlar vasitəsilə.

AMB-nin çərçivə vasitələri qismində birgünlük repo (vəsaitlərin cəlb olunması üzrə vasitə) və əks repo (vəsaitlərin yerləşməsi vasitəsi) çıxış edə bilər. Bu əməliyyatlar istənilən vaxt bankların təşəbbüsü ilə müəyyən faiz dərəcələri üzrə həyata keçirilə bilərlər. Çərçivə vasitələri üzrə faiz dərəcələri AMB-nin digər əməliyyatları üçün faiz dəhlizi olacaq. Dəhlizin minimal həcmi vəsaitlərin cəlb olunması (birgünlük repo) faizi ilə, maksimal hədd isə - yerləşdirmənin faizi ilə (birgünlük əks repo) məhdudlaşacaq.

Milli bankın yenidən maliyyələşdirilməsinin faiz dərəcəsi faiz dəhlizinin parametrlərindən biri olacaq.

AMB əməliyyatlarının ikinci istiqaməti onun açıq bazarda həyata keçirdiyi nota buraxılışı və Milli Bankın təşəbbüsü ilə həyata keçiriləcək qısamüddətli əməliyyatlar olacaq. əməliyyatların məqsədindən asılı olaraq, hərracın qiymətinin elan olunması (birbaşa) və ya həcmin elan olunması ilə (dolayı yolla) həyata keçirilə bilər.

Pul siyasətinin yeni vasitə strukturunun tətbiq olunması 2007-ci ilin ikinci rübündən başlayacaq. Faiz dəhlizinin parametrləri ikinci rübdən başlayaraq, iki aydan bir qiymətləndiriləcək və lazım gələrsə, AMB idarə heyətinin qərarı ilə müəyyən oluna bilər.

Xəbər lenti

Xəbər lenti