...

Azərbaycanın İnvestisiya Şirkəti gəmiçilik şirkətləri üçün yerli operatorları cəlb edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2007 14:53 (UTC +04:00)

"Azərbaycan İnvestisiya Şirkəti" SC (AİŞ) Azərbaycanda neft məhsullarının daşınması üçün gəmiçilik şirkətləri yaratmaq üçün yerli operatorlarla müəyyənləşib.

Bu gün AİŞ-nin icraçı direktorunun müavini Riad Qasımovun Trend ə verdiyi məlumata əsasən, AİŞ və operator arasında anlaşma memorandumunun iki həftə ərzində imzalanması gözlənilir.

R. Qasımov şirkətin adını açıqlamaqdan imtina etsə də, bunun əvvəllər danışıqların aparıldığı, lakin razılığa gəlinməmiş Middle East Petrol şirkətinin olmadığını bildirib.

Yerli operatorla rmemorandumun əldə olunmasından sonra investisiya şirkəti xarici maliyyənin cəlb edilməsi istiqamətində fəaliyyətini genişləndirəcək. Layihədə iştirak etmək üçün AİŞ-lə birgə layihələrdə birgə iştiraka hazır olduğunu bildirən Qara Dəniz ticarət və inkişaf bankına təqdim olunacaq. Lakin investorun AYİB-in olması istisna olunmur.

R. Qasımovun sözlərinə görə, maliyyələşdirməyə kredit forması və səhmdar kapitalın iştirakı cəlb oluna bilər.

Yaradılacaq şirkətdə operatorun minimal iştirakı AİŞ-nin müvafiq iştirak payı ilə 60-70% səviyyəsində olacaq. Strateji investora 10-15% səhm veriləcək.

Öncə hesablamalara görə gəmisahibi şirktələrinin yaradılması üçün təxminən 100 milyon dollar investisiya tələb olunur.

Gəmisahibi şirkətinin yaradılması fikri neft hasilatının artması və bununla bağlı əlavə xidmətlər göstərməklə dövlətin neftin tranzitindən əldə etdiyi gəlirləri artırmaqla əlaqədar yaranıb.

Xəbər lenti

Xəbər lenti