...

Azərbaycanda avtomobillərə əhəmiyyətli tələbat qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2007 14:12 (UTC +04:00)
Azərbaycanda avtomobillərə əhəmiyyətli tələbat qeydə alınıb

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Azərbaycanda əhalinin iqtisadi firəvanlığının yaxşılaşması ilə əlaqədar avtomobil alınmasına maraq artır. Bu barədə AutoShow Azerbaijan 2007 IV Azərbaycan Beynəlxalq Avtomobil sərgisinin açılışında Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.

Onun sözlərinə görə, əhalinin artan marağını sərgidə 26 ölkədən 120 iştirakçının olması sübut edir.

Sərginin açılış mərasimində həmçinin kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov, Ticarət-sənaye palatasının vitse-prezidenti Mehman Əhmədov, Iteca Caspian Llc şirkətinin direktoru Fərid Məmmədov iştirak edib.

Bu il sərgi sahəsini 2005-ci illə müqayisədə 40 faiz artırıb. İştirakçıların 60 faizini yeni şirkətlər təşkil edir.

Bu il ehtiyat hissələri, aksessuar və servis avadanlıqları daha geniş təmsil olunub. Bununla əlaqədar AutoParts Azerbaijan 2007 adlı ayrıca sərgi ayrılıb.

AutoShow Azerbaijan Zaqafqaziyda ən böyük beynəlxalq avtomobil sərgisidir və əhali arasında ən məşhur avtomobil hadisəsidir. Hər il sərgiyə 20 mindən çox avtomobil mütəxəssisi və sahibləri baş çəkir. Əsas bölmələr:

Minik avtomobilləri

Avtobuslar

Yük avtomobilləri

Xüsusiləşdirilmiş avtomobillər

Motosikllər

Qoşqular

Ehtiyat hissələri

Tyüninq

Avtomobil mühərrikləri və komponentləri

Avtomobil aksessuarları

Avtoelektrika və elektronika

Akkumlyatorlar

Yanacaq-sürtgü materialları

Mühafizə siqnalizasiyaları və sistemləri

Audio, video və telekommunikasiya

Radiator, kondisionerlər

Şinlər, rezin-texniki məmulatlar

Avtomobilə qulluq vasitələri

Avtomobillərin təmiri və xidməti

Sığorta

Jurnal, qəzetlər, soraq materialları

2006-cı ildə sərgidə 43 beynəlxalq, 26 Azərbaycan və 15 istehsalçı şirkət iştirak edib.

Xəbər lenti

Xəbər lenti