...

Naxçıvan Muxtar Respublikasında mal dövriyyəsinin həcmi təxminən 3,5 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2007 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Birinci rübdə Naxçıvan Muxtar Respublikasında (NMR) mal dövriyyəsinin həcmi 31,55 mln. dollar təşkil edib. Bu barədə çərşənbə axşamı muxtar respublikanın Bakıdakı daimi nümayəndəliyindən məlumat veriblər. Müvafiq göstərici 2006-cı ilin analoji dövrü ilə müqayisədə 3,3 dəfə artıqdır.

Nümayəndəlikdən bildiriblər ki, mal dövriyyəsinin ümumi həcmindən 45,5 faiz, yaxud da 14,4 mln. dollar Avropa Birliyi ölkələrinin, 13 faiz, yaxud da 4 mln. dollar MDB respublikalarının, 41,5 faiz, yaxud da 13,12 mln. dollar isə digər dövlətlərin payına düşüb.

Birinci rüb ərzində Naxçıvana ümumi çəkisi 7251,4 ton olan müxtəlif növ mallar gətirilib. Bunlardan 2098,6 ton Türkiyə, 10,1 ton İran, 5142,7 ton isə digər ölkələrin payına düşüb.

İran ərazisi vasitəsi ilə muxtar respublikaya Bakı və ölkənin digər regionlarından 26343 ton mal gətirilib, buradan həmin regionlara isə 14331 ton mal daşınıb.

Xəbər lenti

Xəbər lenti