...

Dünya Bankının Azərbaycan üzrə aparıcı iqtisadçısı ölkənin makroiqtisadiyyatı ilə bağlı vəziyyətlə tanış olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2007 11:47 (UTC +04:00)

Azərbaycan, Bakı müx. Trend İ.Xəlilova / Dünya Bankının Bakı rəhbərliyindən verilən məlumata görə, Dünya Bankının Azərbaycan üzrə aparıcı iqtisadçısı Kristos Kostopolus Azərbaycan hökuməti ilə ölkədə ümumi iqtisadi vəziyyətlə bağlı fikir mübadiləsi aparmaq məqsədilə Bakıdadır.

O, iqtisadiyyatın müxtəlif istiqamətlərində analitik iş aparır və bu, dövlət büdcəsinin və dövlətin investisiya proqramının icrası üçün tövsiyə xarakteri daşıya bilər. Kostopolus hesabat dövrü ərzində makroiqtisadiyyat göstəricilərinin nəticələri ilə tanış olacaq.

Dünya Bankının eksperti analitik iqtisadi işlərlə bağlı hazırlıq, yəni ölkə üzrə dövlət xərclərinin və iqtisadi memorandumun xülasəsi üzrə müzakirələri davam etdirəcək. Dövlət xərclərinin xülasəsi üzrə hesabatı Dünya Bankı axırıncı dəfə 2003-cü ildə hazırlayıb, lakin cari fəaliyyət çərçivəsində bu iş hər il aparılır.

İkinci sənəddə ölkənin iqtisadi inkişafının ümumi tendensiyası, ümumi iqtisadi siyasət əks olunub və eyni zamanda təhlil aparılır. Bir sıra ölkələrdə (məsələn, Rusiyada) iqtisadi memorandum müntəzəm olaraq buraxılır.

Xəbər lenti

Xəbər lenti